SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadın nadir inciləri-Aza körpüsü

Ordubadın nadir inciləri-Aza körpüsü
21-09-2019, 12:00

Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində XVII əsrə aid memarlıq abidəsi olan körpü yerləşir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Sözügedən körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.
Gənclərin muzeylərə ekskursiyası davam edir
Naxçıvan Muxtar Respubikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir qrup gəncin Ordubad rayonuna ekskursiyası təşkil olunub.
Əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq muzeyini gəzən gənclərə bura haqqında geniş məlumat verilib. Bildirilib ki, 15guşədən ibarət olan muzeydə ən qədim tariximizdən tutmuş bugünümüzəcən olan dövr əhatə olunub. Burada Gəmiqayadan, Xarabagilandan gətirilmiş yazılı daş nümunələri, qədim məişət əşyaları, ötən əsrdə fəaliyyət göstərmiş istehsalat müəssisələri, Ordubadın yetişdirdiyi görkəmli simalar haqqında məlumatlar geniş şəkildə əhatə olunmuşdur.
Bu muzeyi ziyarət etdikdən sonra gənclər Akademik Yusif Məmmədəliyevin ev-muzeyində olublar. Onlara bu görkəmli alimin İkinci Dünya müharibəsi dövründə etdiyi kəşflərdən, həmin kəşflərin düşmən üzərində qələbə çalınmasındakı rolundan söhbət açılıb.
Daha sonra gənclər görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin ev-muzeyini ziyarət ediblər. Onlara sözügedən muzeyin 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradıldığı söylənilib. İkimərtəbəli olan muzeyin ikinci mərtəbəsində yerləşən ekspozisiya zalı ilə tanışlıq şagirdlərdə böyük maraq doğurmuşdur.
Gənclər Məmməd Səid Ordubadinin Ordubad şəhərində yerləşən ev-muzeyini də ziyarət ediblər. Bələdçi bildirib ki, bu muzey ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə, ədibin anadan olmasının 100 illiyi münasibəti ilə yaradılıb. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə şəkilləri qorunub saxlanılır.


Anar RƏCƏBLİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031