SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib

Bakıda “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib
21-09-2019, 11:10

Bakınının Xəzər rayonunda Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, aksiya ASAN xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Aksiyada iştirak edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, çimərlik mövsümü bitdikdən sonra Xəzər dənizinin sahilinin təmizlənməsi simvolik hal alıb. O, təmizlik aksiyasında "ASAN könüllülər"in aktiv iştirak etdiyini və hazırda bu prosesə 500-dən çox könüllünün qoşulduğunu vurğulayıb.

Aksiyada qeyd olunub ki, builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Qeyd edək ki, hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü 9 ildir ki, qeyd olunur. Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031