SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yol hərəkəti qaydalarına riayət edək

Yol hərəkəti qaydalarına riayət edək
21-09-2019, 11:00

Azərbaycan miqyasında yol nişanları öz hərtərəfli həllini tapmışdır.
Rəsmi statistikaya əsasən hazırda Azərbaycanda bir milyondan çox avtomobil var. Bunun 85%-i minik avtomobilləridir. Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, nəqliyyat və texniki vasitələrin, yol hərəkətinin təhlükəsizliyinin tətbiqinə xidmət edən təşviqat vasitələrinin sifarişinin və istehsalının təmin edilməsi Dövlət Yol Polisinin əsas vəzifələrindəndir.
Yol nişanları üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat (lövhəciklər), nəqliyyat vasitələrinin tanınması, yol işlərində istifadə olunan işarələr, yolların nişanlanması üzrə bölünür. Bunların hər birində isə onlarla yol nişanları var və bu nişanların hamısı piktoqrafik olduğundan hamısı haqqında məlumat vermək mümkün deyil. Yol nişanlarına sürücülərlə bərabər piyadalar da riayət etməlidir. Bu baxımdan piyadaların üzərinə xüsusi vəzifələr və məsuliyyət düşür. Bu günün ən mühüm problemlərindən biri sürücülərin təhlükəsizlik kəmərlərindən istifadəyə dırnaqarası yanaşması və nəqliyyat vasitəsində olan sərnişin və uşaqların təhlükəsizlik kəmərindən yararlanmamasıdır.
Bir çox valideynlər hələ də bu haqda düşünmürlər və uşaqlarının həyatlarını risk altına atırlar. Qeyd edək ki, yol hərəkəti haqqında Qanuna əsasən, 12 yaşına qədər uşaqların avtomobil vasitəsinin qabaq oturacağında daşınması qadağandır. Belə ki, uşaqlar yalnız avtomobilin arxa oturacağında əyləşməlidirlər. Halbuki dünyanın bir çox ölkələrində uşaqların daşınması yalnız uşağın çəkisini və boyunu nəzərə alan xüsusi oturacaqlardan istifadə olunmasışərtilə mümkündür. Təhlükəsizlik kəmərləri böyüklər üçün nəzərdə tutulub. Uşaqların təhlükəsizliyini təmin etmək üçün buster – oturacaq nəzərdə tutulub.
O, avtomobilin oturacağına bərkidilən və kəmərin halını tənzimləyən bir növ dayaqdır. Lakin ətrafa baxanda biz görürük ki, Azərbaycanda əksər avtomobillərdə dediyimiz oturacaqlar yoxdur.
Belə olduğu halda, xüsusi oturacaqlardan istifadə edibetməmək, uşaqlarını qəzalardan qoruyub-qorumamaq məsələsi valideynlərin şəxsi məsələsi olaraq qalır. Yalnız onlar qərar verməli və övladlarının təhlükəsizliyinə görə məsuliyyət daşımalıdırlar. Sirr deyil ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsində yol polisi ilə yanaşı, sürücülərin də üzərinə böyük məsuliyyət düşür. Ürəkağrısı ilə deyə bilərik ki, aparılan maarifləndirmə və izahat işlərinə baxmayaraq, yenə bir çox sürücülər yol hərəkəti qaydasını kobud surətdə pozaraq avtomobilləri yüksək sürətlə idarə edir, sükan arxasında sərxoş vəziyyətdə əyləşir, normadan artıq sərnişin və yük daşıyır, birsözlə, qaydaları tez-tez pozurlar. Bütün deyilənləri nəzərə alaraq, demək istəyirik ki, “Yol hərəkəti haqqında” Qanuna əməl edilməsi nəqliyyat vasitəsinin hər bir istifadəçisinin borcudur. Bununla da, o, dövlətə və dövlətin qəbul etdiyi qanunlara hörmət etmiş, özünün və sərnişinlərin həyatını qorumuş və yol hərəkəti təhlükəsizliyini təmin edən yol polisinin işini də asanlaşdırmış olur.


Taleh ALIŞAROV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031