SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən  avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir
20-09-2019, 20:32

Muxtar respubilkada ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də 2019-2020-ci illərin payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 20-dən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.
İlk olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib. Muxtar respublika daxilində 131 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobusun hamısı texniki müayinədən keçiriləcək.
Ümumiyyətlə, texniki müayinə oktyabr ayının sonunda yekunlaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031