SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO
20-09-2019, 19:51

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi təşkil olunub.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Sabir Məmədovun Naxçıvan teatrında, muxtar respublikada rəsm sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, bir çox tamaşaya tərtibat verən, rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradan, gənc rəssam kadrların yetişməsində yaxından iştirak edən Sabir Məmədovun yaradıcılığı və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Naxçıvan MR Ali Məclisin Humanitar Siyasət məsələləi və İctimai Təşkilatlarla
iş şöbəsinin müdiri Surə Seyid , Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və başqaları əlamətdar gün münasibətilə sərgisi keçirilən rəssamı təbrik ediblər.
Rəssam Sabir Məmədov çıxış edərək sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə rəssamın 95 əsəri nümayiş olunur.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031