SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanı tanıyaq” devizi altında şəhər məktəblilərinin Xalça Muzeyinə ekskursiyası təşkil olunub

“Naxçıvanı tanıyaq” devizi altında şəhər məktəblilərinin Xalça Muzeyinə ekskursiyası təşkil olunub
20-09-2019, 18:23

“Naxçıvanı tanıyaq” devizi altında şəhər məktəblilərinin Xalça Muzeyinə ekskursiyası təşkil olunub.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muzeyin bələdçisi məktəblilərə muzey haqqında geniş məlumat verərək bildirmişdir ki, 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid 120 xalça nümayiş etdirilir. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 22 şagird iştirak etmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031