SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təlim keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  təlim keçirilib-FOTO
20-09-2019, 16:00

19 sentyabr 2019-cu il il tarixində start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr aparılması məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.
Növbəti gün “Peşə etikası və etiket qaydaları” adlı mövzuya dair Mərkəzin direktoru Sevinc Cabbarovanın slaydlarla zənginləşdirilmiş çıxışı dinlənilib. Etiketin ümumi qaydaları, peşəkar davranış etiketinin ümümi müddəaları, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqlar verilib, mövzuların müzakirəsi aparılıb.

Sonra ekspert qismində Maliyyə Nazirliyinin əməkdaşları - Tural Şirəlizadənin, Rəsul Rəsulovun, Aləm Bağırovun, Bulqeyis Novruzovanın və Nurlan Hacıyevin mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə vətəndaşların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.

Sonda təlimdə fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  təlim keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  təlim keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  təlim keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031