SON DƏQİQƏ

naxcivanxeberleri.com

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıb-FOTO

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıb-FOTO
20-09-2019, 10:10

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışlarda 20 komandadan, 370-ə yaxın idmançı mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışlarda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin komandası da iştirak edib. İdmançılar yarışda Mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi altında iştirak ediblər. Mərkəzi Sərbəst güləş üzrə təmsil edən yeniyetmələr arasında Kənan Bünyadov 32-kq çəki dərəcəsində 1-ci yerə, Rəvan Cahangirli 35-kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031