SON DƏQİQƏ

naxcivanxeberleri.com

Valideyinler öz maddi sıxımtısını övladları ilə bölüşməlidirlərmi?-Psixoloq məsləhəti

Valideyinler öz maddi sıxımtısını övladları ilə bölüşməlidirlərmi?-Psixoloq məsləhəti
11-01-2019, 16:42

Valideyiniksə bu ada diqqət yetirməliyik .Adını deyil də , ağırlığını daşımalıyıq . Əlbəttə ki, çox çətindir . Amma şərəflidir . Hər bir valideyindən uşaqlıq çağını soruşsaq , onun da danışacaq travmaları var . Öz valideyinlərindən belə edəcək şikayətləri də olacaq . Çünki həyatın qanunu budur. Amma elə detallar da var ki , bunlara diqqət yetirməliyik . Övladlarımıza olan güvən , münasibət , qaygı, sevgi.
Valideyin övladına nə qədər yaxın olmalıdır və bunu nə qədər bacarır?
Övladımız qarşılıqlı sevgidən dünyaya gəlir . Sevgi ilə böyüyüb boya - başa çatır . Sevgi , güvən zaman - zaman qazanılır . Bu da baş verən situasiyalara çox bağlıdır . Uşaq doğulduğunda , onun ailə ilə tanışlığı , ətrafa , həyata hazırlığı, ananın ötürdüyü münasibətdən çox asılıdır .Çünki uşağı daha çox ana, sonra ata daha dərindən tanıyır . Qızlar ana olmağa təbii həmən hazır olurlar, oğlanlar isə ata olduqlarını zamanla dərk edirlər .
Bu səhlənkarlıq deyil . Amma uşaq zamanla böyüyür , onun aldığı informasiyalar həm yaşına , həm də psixikasına uyğun olmalıdır. Hər bir ailədə narahatçılıqlar olur . Bu narahatçılığın uşaqlara da təsiri dəyir. Çox vaxt valideyinlər bu sualla müraciət edirlər . Ailənin maddi sıxıntısını uşaqların bilməsi nə qədər doğrudur. Evdə baş verən narahatçılığın , uşağın psixikasına nə dərəcə təsiri var?
Dediyimiz kimi bu vəzifə ana- atalarin boynuna düşür . Çünki həyat çətinliklərlə doludur . Biz uşaqlarımızı hər bir şeylə təmin etmək deyil , həyatda yaşamağa hazırlamalıyıq . Uşaq zamanla, var - yox nədir bilməlidir . Bu kəlimələri , situasiyalara görə ana zəngin söz ehtiyyatından istifadə etməklə nail olmalıdır . Bu da ailənin şəraitinə və atayla - ananın birgə uşağına ötürdüyü fikirlərdən çox asılıdır . Əgər ana bir , ata digər fikir yürüdürsə əlbəttə ki , uşağın həyata baxışı , ataya - anaya olan güvəni sarsılacaq . Bəzən cəmiyyətin də , yəni uşağın ətrafında olan uşaqların da maddi baxımdan ötürdüyü yanlış düşüncələr , münasibətlər görülməkdədir . Belə durumda cəmiyyəti deyil , uşağımızın düşüncələrin dəyişməliyik . Uşaqlar valideynin, ona nə qədər yaxın olmasını belə durumlarda görməlidir . Uşaq əgər zamanla özünə qapanırsa demək uşağı narahat edən nələrsə var . Valideyinlər çox hallarda bu durumda çıxış yolu tapa bilmirlər . İstəmədən yalnışlıqlara yol verirlər . Belə hallarda uşaq nəinki evdən , hətta cəmiyyətdən , həyatdan soyuyur .
Bu durumlarda valideyilər daha diqqətli olmalıdırlar.


Arzu Müzəffər
Psixoloq

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 537
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031