SON DƏQİQƏ

naxcivanxeberleri.com

Deputat: Ölkəmizin nüfuzu artdıqca anti-Azərbaycan qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər

Deputat: Ölkəmizin nüfuzu artdıqca anti-Azərbaycan qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər
11-01-2019, 15:38

Ölkəmizin nüfuzu artdıqca anti-Azərbaycan qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü aclıq aksiyası keçirən bloqer Mehman Hüseynovla bağlı bəyanat yayıb.

R.Əliyev qeyd edib ki, hazırda Fransanı “sarı jilet”lər aksiyasının bürüdüyü bir vaxtda bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin Mehman Hüseynovla bağlı açıqlaması çox təəccüb doğurur: "Özünü demokratik bir ölkə hesab edən Fransada nümayişçilərə qarşı su şırnaqlarından, dəyənəklərdən və digər şiddət vasitələrindən istifadə olunur, 4500-ən çox nümayişçi saxlanılıb. Bu ölkənin, Avropanın və dünyanın özünü demokratik ölkələr sayan dövlətlərin nə rəsmi qurumları, nə də mətbuat orqanları bu hadisələrə heç bir münasibət bildirmirlər".

Deputat əlavə edib ki, bütün bunlar Avropada, eləcə də dünyada ikili standartlar siyasətinin hələ davam etdiyini göstərir:

"Rəsmi Fransanın bu addımı həm də onu göstərir ki, bu ölkədə erməni lobbisinin təsiri güclüdür və vaxtaşırı olaraq bu qüvvələrin çirkin anti-Azərbaycan təbliğatı işə düşür. Azərbaycanın nüfuzu artdıqca, dünyada mövqeyi gücləndikcə Azərbaycanı istəməyən bu qüvvələr hər fürsətdən yararlanmaq istəyirlər. Bunlar eyni zamanda Azərbaycana qarşı təzyiq vasitəsi kimi qəbul edilməlidir. Ancaq bu qüvvələr bilməlidir ki, Azərbaycan müstəqil, demokratik, dünyada söz sahibi olan ölkədir və belə təzyiqlərin heç bir faydası olmayacaq, Azərbaycan özünün müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcək".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 249
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031