SON DƏQİQƏ

naxcivanxeberleri.com

21 sentyabr Dünya Sülh Günüdür

21 sentyabr Dünya Sülh Günüdür
19-09-2019, 10:37

Sülh məfhumu ən az müharibə qədər qədim anlayışdır. İnsanların rahat, firavan yaşaması üçün öz aralarında və başqa ölkələrin toplumları ilə aralarında sülhün mövcud və qalıcı olması başlıca şərtdir. Sülh olmayan yerdə münaqişələr, müharibələr, aclıq, xəstəlik, yoxsulluq və ölüm hökm sürür. Ona görə də dünyada hər zaman gündəmdə qalan vacib mövzu olan sülh mövzusundan danışmaq, onu diri tutmaq lazım gəlir. Bildiyimiz kimi, hər il sentyabr ayının 21-i dünyada sülh günü kimi qeyd edilir. Biz də bu gün bu münasibətlə sülh haqqında danışacağıq.

Müharibə dövlət və millətlər arasında adətən açıq və elan edilərək aparılan silahlı münaqişədir. Ancaq müharibə deyildiyi kimi sadədəcə hərflərdən ibarət deyil, daha geniş məna daşıyır. Yəni, müharibə insanların ölməsi, yaralanması ya da şikəst qalması ilə yanaşı insan oğlunun ailəsini, yaxınlarını və dostlarını itirməsi deməkdir. Qorxu, kədər, şiddət və gözyaşı deməkdir. Müharibə yalnız keçmişin və ya bugünün zərərşəkənlərini deyil, davam edən, uzanan təsirləri ilə gələcək nəsilləri də əhatə edən ağır bir travmadır. Dünyada müharibələrin tarixi insanlıq tarixi qədər qədimdir. Təxminən 6000 illik insanlıq tarixində 15 mindən çox müharibə olmuş və demək olar ki, ömrü boyunca müharibə görməmiş insan yaşamamışdır. Hətta ikinci Dünya müharibəsindən sonrakı “sülh və əmin-amanlıq şəraitində” (1945-1992) belə irili-xırdalı 150-dən çox müharibə olmuş və 60 milyondan çox insan ölmüşdür. 1992-ci ildən bu günə qədər baş vermiş müharibələr və silahlı münaqişələr nəticəsində bu say demək olar ki iki qat artıq olmuş, ölənlər, yaralananlar, zərərçəkənlər və öz yurd-yuvalarından köç etmək məcburiyyətində qalanların sayı daha da artmışdır. Bu gün də dünyanın bir çox yerində, Suriyada, İraqda, Hindistan-Pakistan sərhəddində vəs. Yerlərdə qaynar münaqişələr, insan ölümləri, xəstəlik və xaos vəziyyəti hökm sürür. Hər nə qədər sadaladığımız münaqişəli yerlərdən uzaqda yaşasaq da, insan kimi bizlərin də ürəyini ağrıdan vahimə verici vəziyyətdir. Bax elə bu səbəbdən insanlıq üçün, hətta bütün canlı aləm üçün sülhün nə qədər həayti məsələ olduğu anlaşılır.
Tarix boyu baş vermiş bu amansız müharibələr təbii ki Azərbaycan xalqından yan keçməmişdir. İllərlə Azərbaycanda da müxtəlif vaxtlarda münaqişələr olmuş, dinc əhali amansızlıqla qətlə yetirilmişdir. Keçən əsrdə qarşılaşdığımız 1918-ci il mart soyqırımı və 1992-ci il Xocalı faciəsi tariximizin qanlı səhifələrindən biridir 1918- ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tariximizdə dəhşətli iz buraxdı. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi bu gün də qeyd olunur.
Biz azərbaycanlılar hər nə qədər mənfur erməni xislətinə tolerant, xoş niyyətli yanaşsaq da, təəssüf ki, onlar tarix boyu fürsət tapan kimi bizim xoş niyyəti sömürmüş, insanlarımıza, torpaqlarımıza qəsd etmək yolunu seçmişlər.Tarixi boyu aqil adamlar topla, silahla deyil elm və zəka ilə silahlanmağı üstün tutmuşlar. Bunun üçün insanları sülh yoluna işıqlı ziyalı yoluna cəlb etmək üçün mübarizə aparmışlar.1993-cü ildə xalqın xilaskarı olaraq ikinci dəfə hakimiyyətə gələn Azərbaycan Respublikasının mərhum Prezidenti, Ulu Öndər Heydər Əliyev də bu yolda atəşkəsə nail olmuşdur. Bundan sonar, nəzər salsaq görürük ki, 2000-2010-cu illər isə Prezidentin fərmanı ilə “Sülh-Mədəniyyət ili” kimi elan edilmişdir. Sülh və mədəniyyətimizin inkişafının göstəricisi kimi qədim alətimiz olan tar xalçaçılıq sənəti, qədim musiqi alətimiz sayılan saz və s. Fransanın Paris 5 şəhərində YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında müzakirə olunaraq bu siyahıya daxil edilib.Bəs hər il sentyabr ayının 21-i niyə sülh günü kimi qeyd edilir? Bu gün dünyada nüfuzlu beynəlxalq təşkilatlar insanların, xalqların uzun illərdir ki, münaqişəsiz, müharibəsiz və sülh şəraitində yaşaması üçün müxtəlif yollar axtarırlar. Bu gün Dünyada sülh və əmin-amanlığa diqqəti çəkmək üçün BMT tərəfindən hər il sentyabr ayının 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Belə ki, Birləşmiş Millətlər Təşkilatı 30 noyabr 1981-ci ildə hər il sentyabr ayının 21-nin Beynəlxalq Sülh Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. Hər il 21 Sentyabrda Birləşmiş Millətlər Təşkilatı qərargahında üstündə “Çox Yaşa Sülh” yazan sülh zəngi çalınır.
Müharibədə ölənlərin xatirəsinə dair Yaponiya tərəfindən düzəldilən bu zəng dünyanın bütün qitələrindən olan uşaqların qəpik pulları ilə düzəldilmişdir. Bəli, bu düşüncə və hərəkət ürəyində insan sevgisi və sülh şəraitində mehribancasına yaşamaq istəyən insanlar üçün çox önəmli bir addımdır.1999-cu ildə Ceremi Cilli adlı bir rejissor insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"I (Bir gün sülh)ü yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.21 sentyabr tarixi nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr tarixi bütün planet insanları üçün çox vacibdir. Bugünki gün üçün əsas məqsədlərdən biri hər il ən azı 3 milyard insanı bu günə cəlb etməkdir, bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var. Çünki azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Bu gün Azərbaycan Respublikasında uşaqlarımızın aydınlıq və sevinc dolu dünyasını vətənimizin hər yerində hiss edən ölkə başçısı cənab İlham Əliyev yaşadığımız regionda sülhün qorunması üçün daha da mətanət, fədakarlıq və böyük qüvvə ilə çalışır. Bu fəaliyyət ölkədə hər bir insanın gözlə görəcəyi şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə hər dəfə görüşündə səsləndirdiyi və bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu müxtəlif beynəlxalq təşkilatlardakı iştirakında dəfələrlə səsləndirmişdir.XX əsrin sonlarından müstəqilliyə qədəm qoysaq da Azərbaycan xalqı azad, demokratik yol ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh və dostluq şəraitində yaşayır. Bu gün dünyada NATO, BMT, ATƏT və s kimi beynəlxalq təşkilatlar dünyada sülhü nizama salmaq , dünya müharibələrinin qarşısını almaq üçün Beynəlxalq sülhsevər təşkilat olaraq yaradılmışdır. Ancaq dünyada tam sakitliyi heç nə ilə bərqərar etmək mümkün olmayıb.Ən azından bu təşkilatlar sülhsevər təşkilat olaraq müharibə ocaqlarında yardımçı kimi öz missiyalarını yerinə yetirirlər.
Azərbaycan xalqının nümayəndəsi kimi bizim hamımızın bu sahədə üzərinə düşən mühüm vəzifə ailədə və cəmiyyətdə sülh və əmin-amanlıq şəraitində yaşamağın, insan həyatının dəyərini əhəmiyyətli dərəcədə dərk etmək və buna nail olmaq yolunda çalışmaqdır.Burada vacib bir məqamı da qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Sülh və İnsanlıq əleyhinə cinayətlər” adlı ayrıca bölmə və fəsil mövcuddur ki, orada sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə ən ağır cəzalar müəyyən edilmişdir. Bu o deməkdir ki, dövlət beynəlxalq konvensiyalara, anlaşmalara qoşulmaqla birlikdə daxili qanunuvericiliyində də sülhün və insanlığın qorunmasını cəza təhdidi altında qoruma altına alır. Hamımıza məlumdur ki, geridə buraxdığımız 2018-ci il Naxçıvan İslam mədəniyyətinin paytaxtı olaraq elan edildi, bu çərçivədə tədbirlər həyata keçirildi.
Bu münasibətlə nüfuzlu təşkilatların, başqa ölkələrin nümayəndələri Naxçıvana gəlib burrada tədbirlərdə iştirak etdilər. Bunu bildirməkdə məqsədim odur ki, islam xoş məramı, sülhü, əmin amanlığı öz içində təbliğ edən dindir. Ona görə də, Naxçıvanın İslam Mədəniyyəti paytaxtı kimi elan edilməsi ölkəmizin sülhə, insanlığa, dini tolerantlığa sözdə deyil, əməldə dəyər verdiyinin aşkar örnəyidir. Bizim cəmiyyətimiz də, insanımız da, həmişə ailədə, qonşuluq münasibətlərində və başqa ölkələrin insanları ilə münasibətdə humanistliyin, sülhün səmimi tərəfdarı kimi göstərmişdir və buna reallıqda əməl etmişdir.Yeri gəlmişkən hal-hazırda regionda və ölkəd ən cinayətsiz, təhlükəsiz yer olan Naxçıvan Muxtar Respublikası demək olar ki, ictimai sülhün bərqərar olunduğu yer kimi qiymətləndirilir. Bu sevindirici vəziyyət təbii ki, Naxçıvan rəhbərliyinin və hüquq-mühafizə orqanların yorulmaz səyi hesabına qorunub saxlanılır.


Elvin ZEYNALOV
Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930