SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mübariz Qurbanlı: "Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər"

Mübariz Qurbanlı:
11-01-2019, 12:03

Son dövrdə radikal dini qruplar ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə hətta buna nail də olublar: "Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Radikal dini qruplar olduqca təhlükəlidir. Ona görə də buna qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları lazımi addımlar atırlar".

M.Qurbanlı qeyd edib ki, radikalizmlə bağlı çəkilən filmlərlə ölkədəki dini durum, dövlət-din münasibətləri, radikal dini qruplar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq olar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 234
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031