SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində kollegiya iclası keçirilib
18-09-2019, 09:33

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollegiya iclasında çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir.
Qeyd edilib ki, muxtar respublikada fəaliyyət göstərən 120 təsərrüfat subyektində davamlı olaraq müşahidə xarakterli monitorinqlər aparılıb, təsərrüfat subyektlərinə təhlükəsizlik sistemi, keyfiyyətini təsdiqləyən müvafiq müşayiət - edici sənədləri mövcud olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər və qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimat təqdim olunub. Ümumilikdə, idxal olunan 7062 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 532 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
Vurğulanıb ki, müvafiq tapşırıqların yüksək səviyyədə icrası üçün qarşıdakı payız-qış mövsümündə agentlik tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, müvafiq bildirişlərin təsərrüfat subyektlərinə təqdim olunması təmin edilməlidir. Standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün tədbirlər, xüsusilə də monitorinqlər davam etdirilməlidir. Bildirilib ki, muxtar respublikaya idxal olunacaq qaz cihazları bir qayda olaraq Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Məişət qaz avadanlıqlarının sınaq laboratoriyasında yoxlamadan keçdikdən sonra idxalına, satışına və istismarına icazə verilə bilər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031