SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları müzakirə edilib
11-01-2019, 11:10

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, tədbiri Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Muxtar respublikamızda iqtisadi fəallığın artması, iş yerlərinin açılması, eləcə də Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması və bir çox beynəlxalq tədbirlərin muxtar respublikamızda keçirilməsi, eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi və təhlükəsizliyin tam təmin edilməsi miqrantların axınını sürətləndirib və bu da öz növbəsində miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi zərurətini aktuallaşdırıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması da öz növbəsində muxtar respublikamıza turist axınını daha da surətləndirəcək.
Bildirilib ki, muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması işini həyata keçirən Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci il ərzində də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri həyata keçirilib. Nəticədə isə ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərini pozan 267 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 208-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 26-sı 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 33-ü isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulub.
Qeyd edilib ki, ötən il ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə 11062 müraciət daxil olub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı 8931, əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi, vətəndaşlıq və digər məsələlərlə bağlı 2131 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Həmçinin bu dövr ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 11 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqlar əsas götürülərək qarşıya qoyulan vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində maksimum qüvvə və səy göstəriləcək, Xidmətə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla, xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcəkdir.
Sonra məruzə ətrafında Xidmətin şöbə rəisləri Zakir Məmmədovun, Əli Mehdiyevin, Kənan Məmmədovun, Qiyas Paşayevin və Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi Ramin İbrahimovun çıxışları olub.
Tədbirə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev yekun vuraraq qarşıda duran vəzifələrlə bağlı Xidmətin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ötən ilin yekunları müzakirə edilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 394
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031