SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
17-09-2019, 10:39

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, payız fəslinin daxil olması sentyabrın 23-də saat 11.50-də qeydə alınacaq.

Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu zaman Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.

Qış fəsli isə dekabrın 22-də saat 08.19-da ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930