SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanqaz” İstehsalat Birliyində qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib

“Naxçıvanqaz” İstehsalat Birliyində qarşıda  duran vəzifələrlə əlaqədar iclas keçirilib
16-09-2019, 22:32

“Naxçıvanqaz” İstehsalat Birliyində qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəber verir ki, 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclasda birliyin direktoru Ramin İsmayılov çıxış edərək bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bununla bağlı keçirilən müşavirədə tapşırılıb ki, “Naxçıvanqaz” İstehsalat Birliyi oktyabrın 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işlərini yekunlaşdırmalıdır.
Həmçinin qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir.

Sonda iclasda Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin rəisi Mahmud Əbilsoy, Şərur Rayon Qaz İstismar İdarəsinin rəisi Ələddin Məmmədov və Sədərək Rayon Qaz İstismar İdarəsinin rəisi Sahib Məmmədov çıxış edərək 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığının gedişi barədə məlumat veriblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031