SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “Bilik günü” təntənəli şəkildə qeyd edilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda “Bilik günü” təntənəli şəkildə qeyd edilib-FOTO
16-09-2019, 18:02

Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Bilik günü” təntənəli şəkildə qeyd olunmuşdur. Auditoriyalar, kabinələr, komputer otaqları, kitabxana və elektron lövhəli auditoriyalar yeni tədris ilinə görə hazırlanmış, daha da təkmilləşdirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu tədris ilində institutda əlavə olaraq 3 yeni ixtisasa qəbul aparılmışdır. Bunlar İngilis dili müəllimliyi, tarix müəllimliyi və psixologiya ixtisaslarıdır. Ümumi olaraq bu il instituta 11 ixtisasda bakalavr üzrə 327 tələbə qeydiyyatdan keçmişdir. Magistratura səviyyəsi üzrə isə 22 tələbə qeydiyyatdan keçmişdir. 13 nəfər əcnəbi tələbə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alacaqdır.

Yeni dərs ili münasibətilə institutun rektoru Elbrus İsayev bütün tələbələri təbrik etmiş, I kurslardan başqa digər kursları auditoriyalara dərsə getmiş, I kurslarla isə ayrı-ayrı qruplarla akt zalında görüş keçirilmişdir.

İnstitutun rektoru Elbrus İsayev çıxış edərək yeni qəbul olmuş tələbələri və valideynləri təbrik etmişdir. O qeyd etmişdir ki, bugünün tələbələrini gələcəkdə savadlı kadr kimi həm institutumuzda, həm də digər müəssisələrdə görməkdən sevinc və fəxr hissi duymaqdadır.

İnstitutun prorektoru Azad Novruzov da öz növbəsində tələbə və valideynləri təbrik etmiş, yeni dərs ilində onlara müvəffəqiyyət arzu etmişdir. Pedaqoji fakultənin dekanı Arif Ağalarov və Təbiət və incəsənət fakultəsinin dekanı Rövşən Vəliyev də çıxış edərək, tələbələri təbrik etmiş, tələbələrin təhsili üçün onların ən yaxın dəstəkçisi olacaqlarını bildirmişdirlər.

Yeni qəbul olmuş tələbələrin valideynləri də çıxış edərək bugündən sevinc duyduqlarını və övladlarının Naxçıvan Müəllimlər İnstitutu kimi ali təhsil müəssisəsinə qəbul olduğu üçün fəxr hissi keçirdiklərini bildirmişdirlər. Valideyinlər institutda yaradılmış şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Sonda yüksək balla İnstituta daxil olmuş tələbələrin bir qrupuna tələbə vəsiqəsi və qiymət kitabçası təqdim edilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunda “Bilik günü” təntənəli şəkildə qeyd edilib-FOTONaxçıvan Müəllimlər İnstitutunda “Bilik günü” təntənəli şəkildə qeyd edilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031