SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii  Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib
10-01-2019, 21:00

Navçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin 2018-ci ilin yekunlarına dair Kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a xəbərə görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Navçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə sosial – iqtisadi inkişafın bütün sahələrində olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də dinamik inkişaf saxlanılmışdır. Ölkəmizdə həyata keçirilən, Ümummulli Liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasını Naxçıvan Muxtar Respublikasında inamla davam etdirən hörmətli Ali Məclis Sədri tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarının icrası, ekoloji layihələrin həyata keçirilməsi və ekoloji tarazlığın qorunması sahəsindəki tədbirlər 2018-ci ildə də uğurla davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nazirliyin funksiyasına aid olan tədbirlərin icrası həyata keçirilmiş və müvafiq hesabatlar hazırlanaraq aidiyyatı dövlət qurumlarına – Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 36 yoxlama-reyd aparılmış, 2018-ci ildə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilmişdir. Ətraf mühitə vurulmuş ziyanla bağlı tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Səth sularının çirklənməsinin monitorinqi 82 su obyektində ( 20 çay, 18 sututar, 44 içməli su və digər su mənbələrində) , müşahidə məntəqələrində keçirilib. İl ərzində götürülmüş 155 su nümunəsi üzərində 1600 analiz aparılıb. Su obyektlərində yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

Muxtar respublika ərazisində hidrometeoroloji şəraitin öyrənilməsi, qısa və uzunmüddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsi həyata keçirilib. Tərtib olunmuş meteoroloji proqnozların özünü doğrultması 96 faiz olubdur. 2018-ci ildə Nazirliyin Hidrometeorologiya idarəsininin Naxçıvan və Culfa şəhərlərində yerləşən meteoroloji stansiyalarında müasir tələblərə cavab verən qurğular qoyulmuşdur. Sədərək rayonu Heydərabad qəsəbəsində Sədərək su monitorinq laboratoriyasının inzibati binası tikilmiş, laborator avadanlıqlarla təmin olunmuşdur.

Muxtar respublikanın 29 min 736 ha yay otlaq sahəsinin keyfiyyəti yaxşı, orta və aşağı keyfiyyət dərəcəsinə görə yaxşı keyfiyyətli otlaq sahəsi kimi qiymətləndirilmişdir. Yay otlaq sahələrindən otarma məqsədilə istifadə etmək üçün 17 min 370 hektar otlaq sahəsi istifadəyə verilmişdir. Ərazilərə 83 min 346 baş xırdabuynuzlu, 3006 baş iribuynuzlu mal-qara qaldırılmışdır.

Torpaqların çirklənməsinə səbəb olan sənaye, tibbi, məişət, tikinti tullantılarının idarə olunmasına nəzarət etmək üçün inzibati rayon ərazilərində ümumilikdə 90 sayda monitorinq, qiymətləndirmə aparılmışdır.

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması üçün ən mühüm amil olan meşələrin mühafizəsi, yeni meyvə bağlarının, meşə massivlərinin və qoruyucu yaşıllıq sahələrinin artırılmasına xüsusi önəm verilmişdir. Bu sahənin inkişafı ilə əlaqədar olaraq təsdiq edilmiş müvafiq Dövlət Proqramları, o cümlədən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, ”2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın və “Ağbulaq Kənd Turizm – İstirahət Bölgəsinin yaradılması haqqında” sərəncama uyğun olaraq 2018-ci ildə ümumilikdə muxtar respublika ərazisində 473 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilmişdir ki, bunun da 166,6 hektarı meyvə, tut, badam, ərik, şaftalı, cəviz, alma, 41,7 hektarı üzüm bağları olmuşdur. Yaşıllaşdırma tədbirlərində 405 min 230 ədəd meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 2000 kq müxtəlif meyvə toxumları əkilmişdir. Cari ildə muxtar respublikanın relyefi dəyişkən ərazilərində, meşə fondu torpaqlarda toxumla əkin aparılmasına üstülük verilmiş, toxumla əkin ümumi əkinin 15 faizini, 100 hektar təşkil etmişdir. O cümlədən Ağbulaq Kənd Turizm – İstirahət Bölgəsi ərazisində 30 hektar, Şahbuz şəhər təmizləyici qurğular sistemi ətrafındakı ərazilərdə 10 hektar, Meşə fondu torpaqlarda 40 hektar sahədə yabanı meyvə toxumları, əsasən badamça, itburnu, yemişan, iydə, alça toxumları ilə əkin aparılmışdır.

2018-ci ildə muxtar respublika ərazisində aparılacaq yaşıllaşdırma tədbirlərinə dair hazırlanmış Əkin planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında - 174,7 , muxtar respublikadakı idarə və təşkilatlar tərəfindən 24,5 ha, Nazirlik tərəfindən 273,8 hektar sahədə yeni meyvə bağları salınmış, meşəbərpa tədbirləri icra edilmişdir. Muxtar Respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində tingə olan təlabatın davamlı təmin edilməsi, regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış ting materialının yetişdirilməsi məqsədilə 6,8 hektardan çox ərazidə toxum səpini və qələm-çilik kökləndirmə işləri icra olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublika ərazisində ümumilikdə 166,6 hektar sahədə meyvə, tut, badam, ərik, şaftalı, cəviz, alma, 41,7 hektar üzüm bağları salınmışdır.

Yaşıllıqların artırılması ilə bərabər onların mühafizəsi və aqrotexniki qulluq olunması işləri də diqqətdə saxlanılır. Yeni salınmış yaşıllıq sahələrinə 60 tondan çox üzvü gübrə, 1 tondan artıq azot gübrəsi və digər mineral gübrələr verilmişdir. Meşə və qeyri meşə fondu ərazilərində xidməti işlər aparılmış, ərazilərə 1860 poqonometr suvarma arxları çəkilmiş və ya təmir edilmiş, 350 hektar sahədə mexaniki təmizlik işləri aparılmış, 6650 hektar sahədə suvarma işləri görülmüşdür. Toxum tədarükü məqsədilə 6,5 min kloqramdan çox müxtəlif növ ağac və kol toxumları tədarük edilmişdir.Torpaqların münbitliyinin qorunması və müxtəlif dərəcədə erroziyaya uğramış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması məqsədilə aparılan yaşıllaşdırma tədbirlərinin 40 faizdən çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda aparılmışdır.

Məlumat üçün bildirim ki, muxtar respublika ərazisində son 25 ildə 18 min 500 hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınmışdır və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət tədbirləri nəticəsində meşə və qeyri meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqaisədə 0,6 faizdən 14 faizədək artmışdır. Təbii meşə ehtiyyatı zəngin olmayan və kontinental iqlim şəraitinin mövcud olduğu regionumuzda bu yüksək göstəricinin əldə olunmasının əsas səbəbi bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir.

Cari ildə meşə istehsalı sahəsində zəruri olan traktor, iş texnikası və digər

avadanlıqların alınması üçün tədbirlər görülmüşdür.



“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə qoruq, milli park və yasaqlıq ərazilərində ümumilikdə 10 hektar olmaqla, 2,5 ha üzüm, 7,5 ha sahədə cəviz, alma, armud, alça bağları salınmiş, 78 hektardan çox sahədə toxumla bərpa tədbirləri icra edilmişdir. Qoruq və milli park ərazilərindəki muzeylər yeni eksponatlarla zənginləşdirilmişdir.

Xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə işinin təşkili və daha da yaxşılaşdırılması məqsədilə yüksəklik ərazilərdə, Boyəhməd kəndi və Darıdağ ərazisində cari ildə 2 ədəd müşahidə məntəqəsi yaradılmışdır ki, bu da min hektarlarla ərazilərə vizual nəzarət edilməsini asanlaşdırmışdır.



Muxtar respublika ərazisində məskunlaşmış fauna ehtiyyatlarının, quşların, məməli heyvanların inventarlaşması , sayğısının aparılması mövcud təlimatlara uyğun olaraq ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq ərazilərində və digər təbiət ərazilərində aparılmış inventarlaşma işləri ümumilikdə fauna ehtiyyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən etmişdir. Xüsusilə əvvəllər (1970-ci illərdə) sayı az olan və bunun üçün xüsusi mühafizəsinə qərar verilmiş muflonların, bezoar dağ keçilərinin sayında artım müşahidə edilmiş, təbiət ərazilərimizdə dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yaşaması qeydə alınmışdır. Ümumilikdə quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunmuşdur.

Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 49 müəssisəyə və təşkilata 64 min 197 manat ekoloji ödəniş haqqı tətbiq edilmiş və icrası təmin edilmişdir.



Faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyat işlərinin aparılması sahəsində işlər davam etdirilmişdir. Geoloji kəşfiyyat işləri kameral və çöl şəraitində aparılmışdırDuzdağ daş duz mədən sahəsi ərazisində yeni istismar şaxtasının yerinin müəyyənləşdirilməsi məqsədilə yerüstü vizual axtarış işləri aparılmış və mədən sahəsinin qərb və şimal-qərb hissəsində mövcud istismar şaxtalarının sonundan 250-300 m aralıda keçilmiş A-B geoloji kəsilişdə yerləri müəyyənləşdirilmiş 3 ədəd axtarış quyularının qazılmasına başlanılmışdır. İlkin olaraq Geoloji kəsilişin 2 nömrəli quyusu qazılmış və dərinliyi 101 m olmuşdur. Növbəti olaraq 3 saylı quyunun qazılmasına başlanılmışdır.

. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Memarlıq və mühəndislik” fakultəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri 12 noyabr -28 dekabr 2018-ci il tarixlərində Nazirlikdə, aidiyyatı idarə və müəssisələrində istehsalat təcrübəsində olmuşlar. Bu müddət ərzində tələbələr nazirliyin tabeli idarələrinin fəaliyyət istiqamətləri ilə tanış olmuş, Şahbuz Dövlət Təbiət Qoruğu həmçinin Culfa rayonu ərazisindəki təbiət ərazilərinə ekskursiyslar təşkil edilmiş, inzibati binalardakı muzey eksponatlarından istifadə edilərək açıq dərslər keçirilmişdir. Bu sahədə birgə fəaliyyətimizin təşkili və qarşıda duran fəzifələrin müəyyən edilməsi üçün 26 dekabr tarixində Naxçıvan Dövlət Universiteti ilə birlikdə keçirilən seminar-müşavirənin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.

Muxtar Respublika ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə insanların diqqətini artırmaq məqsədilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq ekoloji maarifləndirmə tədbirləri də diqqətdə saxlanılmış və bu məqsədlə 200-dən çox kütləvi tədbirlər keçirilmiş, televiziya verilişləri, radio proqramları hazırlanmış, şəhər və rayon qəzetlərində materiallar çap edilmiş, ekoloji günlər qeyd edilmişdir. Ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə xoş münasibətin təbliği, eyni zamanda yüksək ixtisaslı kadrların formalaşdırılması məqsədilə tədbirlər keçirilmişdir. Xüsusilə Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq ali təhsil məktəblərində ixtisaslı kadrların təcrubi biliklərinin formalaşdırılması üçün təhsil müəssisələri ilə birlikdə müvafiq işlər görülmüşdür.

Ekologiya sahəsində yeni qəbul edilmiş hüquqi normativ sənədlərin öyrənilməsi və tətbiqi üçün aidiyyatı dövlət orqanları ilə birlikdə hüquqi-ekoloji maarifləndirici tədbirlər icra edilmiş, yerlərdə əhali ilə görüşlər keçirilmiş, maarifləndirici, məlumatlandırıcı söhbətlər aparılmışdır.

Ötən ilin noyabr ayında Bakı şəhərində keçirilən Beynəlxalq Ətraf Mühit Sərgisində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ekoloji siyasət, Naxçıvanın təbiəti, ekoturizm potensialı haqqında hazırlanmış sərgi eksponatlarla yüksək səviyyədə iştirakı təmin edilmişdir.

Kollegiya iclasında Nazirliyin şöbə müdirləri, idarə və müəssisələrin rəhbərləri görülən işlər, nöqsanlar və qarşıda duran vəzifələr haqqında çıxış etmişdirlər. Kolleçiya iclasında qərar layihəsi və 2019-cu ildə nazirliyin fəaliyyətinə dair İş Planı qəbul edilmişdir.

Navçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev Kollegiya iclasına yekun vuraraq demişdir ki, yuxarıda qeyd etdiyimiz uğurlarla bərabər qarşımızda duran mühüm vəzifələrin icrası üçün daha da səylə çalışmalıyıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların yüksək səviyyədə həyata keçirilməsi üçün Nazirliyimizin kollektivi səylə çalışmalı, öz işinə, vəzifə borcunun yerinə yetirilməsinə məsuliyyətlə yanaşmalı və ölkəmizin inkişafına öz töhfəsini verməlidir.



Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031