SON DƏQİQƏ

naxcivanxeberleri.com

Döyüş bir iradə ölkəsidir, orda suniliyə yer yoxdur

Döyüş bir iradə ölkəsidir, orda suniliyə yer yoxdur
10-01-2019, 18:31

Bu gün Azərbaycan əsgərinin çiyininə çox şərəfli və məsyliyyətli vəzifə düşüb- Torpağının keşiyində durmaq, xalqını düşmən təcavüzündən qorumaq. Bu nə qədər müqəddəs bir işdirsə, o qədər də çətindir. Lakin o bu çətinliyi adlamağa, onu dəf etməyə qadir olmalıdır. Çünki niyyəti, məqsədi aydın, işi ədalətdir. Haqq yolunda tutulan iş isə mütləq qalib gələr, məğlubiyyətə uğramaz. Bir milyondan artıq həmvətənlimizin qaçqın həyatı sürməsi, torpaqlarımızın 20 faizi işğalda saxlanılması bir həqiqətdir. Bu həqiqəti isə dəyişməyin yalnız iki yolu var-Ya sülh yolu ilə ya da müharibə ilə. Birinci variantın həyata keçirilməsi istiqamətində dövlət başçısı və adiyyatı qrumlar tərəfindən hələ ki danışıqlar aparılır. Nəticə olmadığı təqdirdə savaş qaçılmazdır. Bu zaman Azərbaycan əsgəri müharibəyə hazır olmalıdır. Döyüşçü adını daşıyan vətəndaş yaşı dərk etməlidir ki, müharibə başlandığı təqdirdə bu gün əlində qələm, bel, odun, musiqi aləti və ya başqa əşya tutan əsgər sabah silah tutmalı olacaq. Bunun üçün də orduda xidmət aparan hər bir şəxs tapşırılan silahı yaxşı öyrənməli, döyüş ustalığına yiyələnməlidir. Unutmaq olmaz ki, babalarımız bu gün sahib olduğumuz müstəqil dövləti düşmən təcavüzündən qorumaq üçün canlarından keçiblər. Misilsiz hünər və cəsаrətləri ilə özlərinə əbədi şöhrət qаzаndırаn bir çoх igidlərin аdı хаlqımızın qəhrəmаnlıq tаriхinə qızıl hərflərlə yаzılıb. Bizim minlərlə oğul və qızlаrımız bu torpаğın birliyi, müstəqilliyi uğrundа yorulmаq bilmədən mübаrizə аpаrıb. Tarix özü sübut edib ki, hər bir insanın Vətən qarşısındakı borcu ən müqəddəs və ən ülvi borcdur. Heç bir şeylə ölçülməyə gəlməyən bu müqqəddəs hiss, hər bir vətən övladının qəlbinin əbədi sakinidir. Elə vətəni, onun torpağını, daşını müqəddəs eləyən də məhz bizim hər birimizin qəlbində yer tapan bu hissdir. Bu əqidədən bəhrələnib güc almaq lazımdır. Qoy tarix bir daha şahidi olsun ki, biz öz torpaqlarımızı qorumağa qadirik. Biz öz dövlətimizi yaşatmağı bacarırıq. Hərbçi adını daşıyan hər bir Azərbaycanlının məqsədinə və amalına çatması üçün hər zaman xatırlamalı olduğu sözlər var. Yaşlanmanın ən önəmli tərəfi, sahib olduqlarının qorunmasının gedərək çətinləşməsidir. Şərəf, azadlıq, ədalət və ailə kimi. Bunlar müqəddəs məfhumlardır. Zabit və ya əsgər olmaq asandır. Lakin ,şərəfli hərbçi olmaq çətindir. Həyatını bu əxlaqı dəyərlərə görə yaşayırsan. Hər kəs belə etməyə çalışır. Bu səni evinə aparan yoldur. Bu amalla da hər zaman evinə qayıtmağa çalışarsan. Döyüşsə bir iradə ölkəsidir, orda suniliyə yer yoxdur. Hər şeydən vaz keşməyə hazır deyilsənsə deməli çoxdan məğlub olmusan.
Bəxtiyar ƏLİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031