SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda “Torpaqlardan səmərəli istifadə və məhsuldarlığın artırılması yolları” mövzularında müşavirə keçirilib

Şərur  rayonunda  “Torpaqlardan səmərəli istifadə və məhsuldarlığın artırılması yolları” mövzularında müşavirə keçirilib
10-01-2019, 17:49

Şərur rayonunda Naxçıvan Muxtar Respubliksaı Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respubliksaı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Akademik Həsən Əliyev adına “Araz” Elm istehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə “Torpaqlardan səmərəli istifadə və məhsuldarlığın artırılması yolları” mövzularında müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,müşavirəni giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin Başçısının müavini Anar Zeynalov açaraq rayonda aqrar sahədə görülmüş işlərdən və torpaq mülkiyyətçilərinə göstərilən dövət qayğısından danışıb. Naxçıvan Muxtar Respubliksaı Kənd Təsərrüfatı nazirinin müavini “Araz” Elm İstehsalat Birliyinin baş direktoru Fikrət Həsənov torpağın münbitliyi və onun artırılması yolları mövzusunda çıxış edərk bildirib ki, torpaq mülkiyyətçisi əsas istehsal vasitəsi olan torpağının qayğısına qalmalı, onun münbitliyinin artırılması üçün tələb olunan bütün aqrotexniki tədbirləri yerinə yetirməlidir. hər bir sahibkar torpağı becərərkən onun münbitliyi haqqında düşünməlidir. Uzun müddət intensiv isdifadə edilən torpaqlarda qida maddələrinin miqdarı azalır. Hər il bitkilər torpaqdan müəyyən qədər qida maddəsi mənimsəyir. Gübrə məhsul artımında həlledici rol oynasada başqa aqrotexniki tədbirləri tətbiq etmədən istənilən nəticəni əldə etmək və onu uzun müddət yüksək səviyyədə saxlamaq olmur. Bu baxımdan torpaqların münbitliyinin artırılması kortəbii üsullarla deyil, torpağın çatışmayan üzvi və mineral maddələrini elmi əsaslarla uyğun olaraq verilməsi təmin edilməlidir.
Naxçıvan Muxtar Respubliksaı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov muxtar respublikada əkinçiliyin inkişaf etdirilməsində ailə təsərrüfatlarının böyük rolu olduğunu vurğulayaraq qeyd edin ki, torpaq mülkiyyətçiləri yeni texnologiyaların tətbiqinə önəm verməli, əkinçilikdə istərsədə meyvəçilikdə ryonlaşdırılmış əkin materiallarından istifdə etməli, taxıl əkinlərində şırım üsuluna üstülük verməlidirlər. Yeni meyvə bağları salınarkən əsasən yerli sotlara və respublikamızın iqlim şəraitinə uyğunlaşan, rayonlaşdırılmış meyvə tingləri əkilməli, əkin aparılarkən cərgə araları elə salınmalıdır ki, kənd təsərrüfatı exnikalarının əməyindən istifdə edilə bilsin və nəticədə əl əməyinə az ehtiyac olsun.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı İntizar Həziyev çıxışında vurğulayb ki, muxtar respublikada torpaq islahatları aparıldıqdan sonra özəl mülkiyyətə verilən torpaqlardan düzgün istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər aparılır. Torpaqların coğrafi iqlim şəraiti və torpaq tipləri nəzərə alınaraq əkin atlasları hazırlanıb, əkin atlaslarında muxtar respublikanın hər bir bölgəsi üçün xarakterik rayonlaşdırılmış sortların əkilməsi, torpaq-iqlim şəraitinə görə becərmə texnologiyasının tətbiqi qeyd olunub.
Akademik Həsən Əliyev adına “Araz” Elm istehsalat Birliyinin əməkdaşı Məhəmməd Qaybalıyev əkinçiliklə məşğul olan fermerlerin yüksək məhsuldarlığa nail olmaq üçün öz torpağının strukturunu, mineral gübrələrə olan tələbatını bilmələrini deyd edərək bildirdi ki, əkindən öncə torpaq anilizə götürülməli, onda çatışmayan mikroelementlər müəyyənləşməli, lazım olan qida maddələri üzvi və mineral gübrələr vasitəsilə torpağa verilməlidir. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031