SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

ŞAFTALI BAĞLARINDA MƏHSUL BOLDUR

ŞAFTALI BAĞLARINDA MƏHSUL BOLDUR
14-09-2019, 10:15

Şaftalı orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətli olan vitaminlər, minerallar və digər zəruri maddələrlə zəngin meyvədir. Tərkibində müxtəlif turşular, A, C, E, K, B1, B2, B3, B6 vitaminləri, kalsium, kalium, maqnezium, dəmir, manqan, fosfor, sink, selen vardır. Şaftalı həzm sisteminə xeyirlidir. Meyvənin tərkibində olan qida lifləri suyu mənimsəyir, qəbizlik, babasil, mədə yarası, qastrit kimi xəstəliklərin qarşısını alır, böyrəklərdə və sidik kisəsində daşların həll olmasına kömək edir.
Şaftalının tərkibindəki maqnezium insanı stress və həyəcandan qoruyur, əsəb sistemini sağlam saxlayır, askorbin turşusu və sinklə zəngin olduğuna görə immun sisteminin sağlam olmasına kömək edir. Meyvənin qabığında və mətində olan fenol birləşmələr isə ürək-damar sistemi xəstəliklərinin inkişafı riskini azaldır, ziyanlı xolesterinin səviy¬yəsini aşağı salır, tərkibindəki bioloji aktiv komponentlər artıq çəki ilə mübarizə aparmağa kömək edir.
Rayonumuzda yetişdirilən meyvələr sırasında şaftalının da öz yeri vardır. Şərurda, respublikanın digər bölgələrindən fərqli olaraq, bu meyvəyə “hülü” də deyirlər. Şaftalı rayonumuzun bütün kəndlərində, ən çox isə Aşağı Daşarx, Danyeri, Yuxarı Daşarx, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Siyaqut kəndlərində yetişdirililir.
Hazırda şaftalı bağlarında növbəti meyvə yığımını həyata keçirən bağbanlar məhsulun bol olmasından razıdırlar. Dərəkənd sakini, sahibkar Muraz Məmmədzadə şaftalının digər meyvələrlə müqayisədə daha çox qulluq tələb etdiyini bildirir:
- Şaftalıdan bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar verilməli, dərmanlama vaxtında aparılmalıdır. Bir sözlə, bu meyvənin nazını çəkməlisən ki, barını-bəhərini də görəsən.
Muraz 10 ildən çoxdur şaftalı əkib-becərir, hər il də bol məhsul əldə edir. Bağlarında daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırır. Meyvəni əsasən yerli bazarlarda satır. Deyir ki, ra¬yonumuzda şaftalının 50-dən çox növü becərilir. Bəzən tezyetişən şaftalı növləri çiçək açanda qeyri-sabit hava şəraitindən tozlanma prosesi pozulur. Bu il isə hava şəraiti bağbanların ürəyincədir.
Torpağa bağlı zəhmət adamı Muraz Məmmədzadə onu da bildirdi ki, 2 hektar sahədə əkdiyi 2 minə yaxın ting artıq bar verir. Əkilən tinglərin növlərinə gəlincə, bir-birindən 10-15 gün sonra yetişən sortlar üstünlük təşkil edir.
Muraz hazırda yetişən məhsulları hissə-hissə bazara çıxarır, əldə etdiyi gəlirdən də razıdır.

Şərurun səsi qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30