SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb-FOTO

Naxçıvanda “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb-FOTO
13-09-2019, 20:33

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İRS “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, sərgidə 70-dən çox uşağın 115 əl işi sərgilənir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, asudə vaxtının düzgün təşkili, eləcə də onların cəmiyyətin mədəni həyatında iştirakını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə təşkil edilən İRS “Mənim yay tətilim” adlı uşaq sərgisi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
Ülviyyə Həmzəyeva deyib ki, sərgidə muxtar respublikanın uşaq incəsənət, bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan, rəsm dərnəklərində keçirilən ustad dərslərində iştirak edən uşaqların əl işləri ilə yanaşı, Rəssamlar Birliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə təşkil edilən müsabiqə iştirakçılarının da əl işləri sərgilənir.

Müsabiqədə yer tutan uşaqlara diplomlar təqdim edilib.
Sonda sərgiyə baxış olub.Naxçıvanda “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb-FOTONaxçıvanda “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31