SON DƏQİQƏ

naxcivanxeberleri.com

İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək
12-09-2019, 19:12

Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini ameatarixinstitutu@gmail.com elektron ünvanına göndərə bilərlər.

Tədbirə ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30