SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq
12-09-2019, 18:19

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq, şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək qədər dayandırılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Bununla yanaşı, 15 sentyabr 2019-cu il tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı, ümumilikdə, 46,173 müraciət daxil olub. Onlardan 42,196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30