SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb

Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb
11-09-2019, 21:53

Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında qanun”na psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

Deputatın sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.

B.Əliyevin fikrincə, islahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır: “Təəssüf ki, bu gün orta məktəblərdə mövcud olan psixoloji xidmətə münasibət ürəkaçan deyil və bu iş formal xarakter daşıyır. Məktəblərin hazırlıqlı psixoloqlarla təmin edilməsi üçün yetərincə mütəxəssis yoxdur. Təhsil mühitinin yaradıcı təlim mühitinə çevrilməsi, yaradıcı təfəkkürə malik müstəqil şəxsiyyətin yetişdirilməsini təmin edən yaradıcı müəllimlərin və fəal-interaktiv təlim metodlarının hazırlanması baxımından da psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması zəruridir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30