SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmi müəssisələr akkreditasiyadan keçiriləcək

Elmi müəssisələr akkreditasiyadan keçiriləcək
11-09-2019, 15:21

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi hazırlanır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuraların yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə çatdırıb.

Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.

AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib:

“Hər bir mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir. Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə yanaşmalıdırlar.”

Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual, prioritet istiqamətlərdə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda bu məsələ ilə bağlı geniş müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu deyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30