SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıdakı dünya çempionatının səfiri əqli və fiziki imkanları məhdud uşaqlarla görüşüb

Bakıdakı dünya çempionatının səfiri əqli və fiziki imkanları məhdud uşaqlarla görüşüb
11-09-2019, 14:52

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının rəsmi səfiri, dəfələrlə dünya çempionu, Yay Olimpiya Oyunlarının mükafatçısı, Yana Batırşina "Ocaq" Sport Klubunda qonaq olub.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə klubun gimnastları, gimnastika ilə məşğul olan əqli və fiziki imkanları məhdud uşaqlar, həmçinin onların məşqçiləri iştirak edib.

Rusiyalı səfir gimnastlarla söhbət edib və özü ilə gətirdiyi olimpiya medalını onlara nümayiş etdirərək, karyaresının maraqlı və çətin məqamlarından, qələbələrinin sirrindən danışıb.

Görüşün sonunda Batırşina şəxsi imzası ilə gimnastlara xüsusi kartlar və köynəklər hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək mundial 16 - 22 sentyabrda təşkil olunacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30