SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın 8 bölgəsində Sosial layihələr müsabiqəsi təqdim olunub

Azərbaycanın 8 bölgəsində Sosial layihələr müsabiqəsi təqdim olunub
11-09-2019, 13:11

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Sosial layihələr müsabiqəsinin nümayəndə heyəti Azərbaycanın bölgələrinə səfər edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, birlikdən verilən məlumata görə, səfər çərçivəsində Sosial layihələr müsabiqəsinin rəhbəri Şahin Seyidzadənin iştirakı ilə Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Ağcabədi, Salyan və Qubada görüşlər keçirilib.

Görüşlərdə sözügedən bölgələrdə yaşayan tələbə gənclər təşkilatlarının fəalları, ictimai təşkilatların nümayəndələri, fəal gənclər və könüllülər iştirak ediblər.

Görüşlər zamanı iştirakçılara müsabiqə, onun məqsədləri və faydaları haqqında məlumat verilib, müsabiqədə iştirak imkanlarından bəhs olunub. İştirakçılar müsabiqə haqqında onları maraqlandıran sualları ünvanlayıb, müsabiqə haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Sosial layihələr müsabiqəsinin nümayəndə heyətinin Azərbaycanın bölgələrinə səfəri davam edəcək. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (http://musabiqe.riib.az/ ) həyata keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30