SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir
10-09-2019, 19:39

Miqren beyindəki bir sıra kimyəvi dəyişikliklərdən qaynaqlandığı ehtimal edilən, lakin yaranma səbəbi dəqiq məlum olmayan xroniki xəstəlikdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu əstəlik qadınlarda daha çox yayılıb. Belə ki, hər beş qadından biri tez-tez miqren tutmalarına məruz qalır. Kişilərdə isə bu 1/10 nisbətindədir. Bu da qadınların daha emosianal olması ilə əlaqələndirilir.

Miqren əsasən başın bir hissəsində yaranır. Şiddətli tutmalar zamanı göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssaslıq müşahidə edilir.

Alkoqol, aclıq, doğru tərtib edilməyən pəhriz, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, kəskin qoxular, , başı həddən artıq isti saxlamaq, ətirlər, güclü işıq, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması bu xəstəliyi tətikləyən səbəblərdəndir.

Onu da qeyd edək ki, hər baş ağrısı miqren deyil. Bu diaqnozun qoyulması üçün tomoqrafiya cavablarının təmiz olması, baş ağrılarına səbəb olacaq hər hansı bir amilin olmaması gərəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30