SON DƏQİQƏ

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

19:30 - İstirahət günlərində gözlənilən hava proqnozu

naxcivanxeberleri.com

Milax kəndinin meyvə və tərəvəzləri dadına və keyfiyyətinə görə seçilir

Milax kəndinin meyvə və tərəvəzləri dadına və keyfiyyətinə görə seçilir
8-09-2019, 21:50

Artıq avqust ayını başa vurduq . İlin bu vədəsində kəndli əməyi, torpağa bağlı insanların çəkdiyi zəhmət artıq bəhrəsini verməkdədir. Bol və keyfiyyətli məhsul yetişdirən insanların üzü gülür. Elə Milax kəndinin torpaq mülkiyyətçiləri kimi. Kəndin sakini Zöhrab Quliyev söyləyir ki, rayonun abad yaşayış məntəqələrindən biri olan Milax kəndinin torpaq mülkiyyətçiləri bu il meyvə və tərəvəzə üstünlük vermiş, onlar əsasən əkin sahələrində xiyar, pomidor, lobya və kartof yetişdirmişlər. Yetişdirdikləri məhsul həm Culfa, həm də Naxçıvan şəhərində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında alıcılar tərəfindən razılıqla qarşılanır. Çünki Milax kəndinin məhsulları öz dadı, tamı və keyfiyyəti ilə seçilir.
Torpaq mülkiyyətçisi Özbək Nağıyev deyir ki, Milaxda əhalinin əksəriyyəti torpaqdan və heyvandarlıqdan bəhrələnir. Uzun illər qazandığım təcrübə səmərəsini verir. Münbit torpaqda kartof, qarğıdalı əkib-becərir, heyvandarlıqla məşğul oluruq. Təsərrüfat suyumuz da boldur. Xoş gün-güzəranın hamısını torpağın, zəhmətin hesabına əldə etmişik. Atalar demişkən: - "Torpaq insanı ucaldır, yaşadır". Bu kənddə 70-80 yaşlı sakinlər də əkin-biçin işlərində gənclərdən geri qalmır, məhsul bolluğu yaradılmasına töhfələrini verirlər.
Belə insanlardan biri də 77 yaşlı Vahid Qəribovdur. Uzun illər təhsil sahəsində yaşayan Vahid müəllim təqaüdə çıxdıqdan sonra taleyini torpağa bağlayıb. O, torpağı sağlamlığın rəhni hesab edir. Deyir ki, ömrünün bu vədəsində də özümü torpaqdan ayrı hesab etmirəm. Torpaq sərvətdir, xalqın nemətidir. Onu yaşıllaşdırmaq, gözəlləşdirmək isə bizim amalımız olmalıdır. Kəndimizdə hara baxırsan, hansı tərəfə boylanırsan yaşıllıq, gözəllik, barlı-bəhərli meyvə bağları görürsən. Həyətində alma, armud, gavalı, gilənar kimi meyvə sortları var.
Kənddə Rizvan Hüseynovla da görüşürük. R.Hüseynov bildirdi ki, torpaq hər zaman insan üçün yaşayış tərzini nizamlayan, gün-güzəranı yaxşılaşdıran, firavan həyatı təmin edən amil olub. Bir şərtlə ki, ona baş əyəsən, qayğısına qalasan, bərəkətini artırasan. Bu gün Milaxlıların yetişdirdiyi bir-birindən dadlı, ləzzətli məhsulları rayon və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüaftı məhsullarının satışı yarmarkasında piştaxtaları bəzəyir. Torpaq mülkiyyətçiləri bu bazarlarda yaradılan şəraitdən razılıq edirlər. Onlar bildirirlər ki, çəkilən zəhmət yerdə qalmır, öz bəhrəsini verir. Belə ki, bu yarmarkalarda yaradılan şərait məhsullarımızın satılmasına imkan verir. Bu yolla da həm ailə büdcəmizi zənginləşdirir, həm də muxtar respublika iqtisadiyyatına öz töhfəmizi vermiş oluruq.

A.AĞAYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30