SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Torpaq çörəyi, insan isə əməyi ilə…

Torpaq çörəyi, insan isə əməyi ilə…
8-09-2019, 20:40

Naxçıvandan Sədərəyə uzanan magistral yolun sakitliyi, rahatlığı yolboyu seyr etdiyim gözəl evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, bol məhsullu əkin sahələri insanların yaşayışından, xoş güzəranından soraq verir. Hər il olduğu kimi, bu il də yay girər-girməz dağ kəndlərinə yol alan elat, istirahətə çıxan insanlar buz bulaqların, kəklikotulu dağların mehmanı olublar. Mal-qarası olanlar dağlara köç edib, əkin-biçinlə məşğul olanlar isə aranda qalıb. Bir sözlə, Sədərək rayonunda hansı təsərrüfata getsən, orada zəhmətkeş insanları görmək mümkündür. Ötən günlərdə Sədərəkdə olarkən rayon sakini Nürəddin Əliyev ilə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
– Bu gün muxtar respublikamızda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Kəndlərdə yaşayan əhaliyə qayğı ilə yanaşılır, qarşılaşdıqları problem və çatışmazlıqlar yerindəcə həll edilir. Bu diqqət və qayğının nəticəsidir ki, sakinlərdə yurda, torpağa bağlılıq yaranıb. Onlar da bu qiymətli sərvətdən lazımınca bəhrələnir, torpağı özlərinə iş yeri hesab edirlər. Ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Bir sözlə, bu münbit torpağın, bərəkətli yurdun övladlarının bolluq həvəsi ilə çalışıb halal zəhmətləri ilə firavan həyatlarını, xoş güzəranlarını təmin edə bilmələri üçün hər cür şərait mövcuddur. Aqrar sahədə çalışan insanlara göstərilən dövlət dəstəyi nəticəsində indi yüzlərlə sakin ailə təsərrüfatı yaradıb.
Nürəddin Əliyev onu da dedi ki, illərdir, heyvandarlıq və əkinçiliklə məşğulam. Gecəni-gündüzə qatır, taxıl, tərəvəz istehsal edir, mal-qara saxlayıram. Dövlətimiz kənd adamlarına pay torpaqlarını sərbəst əkib-becərmələri üçün daim lazımi qayğı göstərir. Camaatımız da işgüzardı. Hansı yaşda olursa-olsun, adamlar əkin-tikindən, mal-qaraya qulluqdan qalmır, yoruldum demirlər. Onlar halal zəhmətdən güc alır, gümrahlıq tapırlar. Kənd adamı illik ruzisini malından, heyvanından, bağ-bağçasından, əkin-biçinindən tədarük edir. Qışa vaxtında hazırlaşırıq ki, şaxta düşəndə, dağların başını qar alanda heç nədən korluq çəkməyək.
Müsahibim qeyd edir ki, əvvəllər toxumu yerə ağsaqqallar, kəndin sayılıb-seçilən kişiləri səpərdilər. Toxumu torpağa əlibərəkətli, torpağın dilini bilən adam əkəndə hamı inanardı ki, sünbülün dəni bol olacaq, xırmanda buğda tayları bir-birinə söykənəcək.
Onu da qeyd edim ki, əkinçilikdə əsas olan keyfiyyətli toxum və gübrələrdən istifadə etməkdir. Bu işdə də kəndlinin ən yaxın köməkçisi dövlətimizdir. Yaxşı toxum əldə etmək üçün muxtar respublikamızda lazımi şərait yaradılıb, bəzi toxumları isə qardaş Türkiyə Respublikasından gətiririk. Gömrük sərhəd-keçid məntəqələrində bizə yaradılan şərait isə, sözün əsl mənasında, alqışa layiqdir. Qardaş ölkədən alıb gətirdiyimiz toxumlara rüsum ödəmirik. Bu da bizə böyük kö Nürəddin onu da bildirir ki, əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, mәhsulların tәdarükü, saxlanması vә satışı məqsədilə nə lazımdırsa, edilir. Kəndlərdə soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi baxımından da mühüm rola malikdir. İllər öncə məhsulu saxlamaq çətinliyi yaranır və min bir əziyyətlə topladığımız məhsul zay olurdu. Bu gün isə işimiz xeyli asanlaşdırılıb.
Bu ilin yazında 2 hektarda kartof, 1 hektarda soğan, 4 hektarda qarğıdalı, 9 hektarda taxıl əkdiyini deyən təsərrüfat başçısı onu da deyir ki, əkin sahələrində ailə üzvləri ilə birlikdə çalışırlar. Müsahibim diqqətimizə çatdırır ki, yaradılan şərait insanları daha həvəslə işləməyə və gəlir əldə etməyə sövq edir. Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Kim istəsə kredit götürə, lizinq yolu ilə texnika ala bilir. Əkinçinin çəkdiyi zəhmət dövlətimiz tərəfindən də qiymətləndirilir və bu, bizim işimizdən dördəlli yapışmağımıza səbəb olur.
Nürəddin Əliyevin torpaqda çəkdiyi zəhmətin müqabilində qazandığı uğurlar kənd yerlərində yaşayan bir çox insana nümunədir. Yeri gəlmişkən onu da qeyd edim ki, müsahibim 2017-ci il 21 dekabr tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Deyilənlər bir daha təsdiq edir ki, aqrar təsərrüfatla məşğul olan kənd adamı xeyir götürür, sahəsini genişləndirir, öz ailəsinin daha yaxşı yaşamasına şərait yaradır. Zəhmət çəkib torpaq əkib-becərənlər bol məhsul götürdükcə fəxr edirlər. Alnıaçıq, üzüağ, heç kimə möhtac olmadan öz əməyi ilə firavan həyat sürürlər.


Ramiyyə ƏKBƏROVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30