SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

GÜRŞAD VƏ 40 ÇƏRİSİ- Rəhim Vahid yazır...

GÜRŞAD VƏ 40 ÇƏRİSİ- Rəhim Vahid yazır...
6-09-2019, 20:30

Çin mənbələrinin belə öyərək və heyrətlə bəhs etdiyi qəhraman, Gürşad. Haqqında taixin uzun müddət susqun qaldığı bu türk igidini, 1936-cı ildə Nihal Adsız “Bozqurdların ölümü” romanı ilə əbədiləşdirmişdir. Bəs kimdir Gürşad?
Əsil adı Şu Tinq olan bu böyük türk, bizim eramızın 600 illərində Göytürk dövlətinin hökümdarı olan Çuluq Kağanın oğludur. Gür- “ox”, şad isə bir bölgəni idarə etmək üçün göndərilən kimsə mənasına gələn bu adı ona əmisi Qara Kağan vermişdir. Əsas məqsədi Çinin tüklər üzərində oynadığı oyunlara son vermək və türklərin azadlığı olan Gürşad bəy, 40 çərisi (əsgəri) ilə birlikdə Çin sarayına basqın etmiş, və qəhrəmancasına həlak olmuşdur. Ümumilikdə Çuluq Kağanın dövründə türk kağanları ilə məqsədli şəkildə evləndirilən Çin prensesləri, bu evlilik sayəsində dövlətə və törəyə böyük zərərlər vermişdir. Müxtəlif intiriqa və cəsusluqlarla türklər əsarət altına alınmağa başlanmışdı. Çuluq kağan ikinci həyat yoldaşı Çin prensesi İ-çinq xatun trəfindən zəhərlənərək öldürülməsi, bu prosesi sürətləndirmişdir. Çuluq kağanın ölümündən sonra hakimiyyətə gələn Qara kağan, Çinlilərlə savaşı uduzaraq əsir düşmüş, hakimiyyət çinlilərə keçmişdir. Hakimiyyətə Çinin öz adamı olan Sirba gətirilmişdir. Fəqət Gürşad və türk öndərləri bu yenilgini və əsarəti qəbul edə bilmirdilər. Qurulan plana əsasən Çin hökümdarı Tai Sunq qaçırılaçaq, yurdları və sarayda əsir olan türk öndərləri ilə dəyişdiriləcəkdi. Hər axşam qiyafətin dəyişərək şəhərə gəzməyə çıxan hökümdar həmin günü yağan şiddətli yağışa görə şəhərə çıxmamışdı. Planın təxirə salınması təklif olunsa da, Gürşad bəy planın aşkar olunmasından ehtiyat edərək həmin gecə 40 çərisi ilə birgə saraya basqın etmişdir. Şiddətli yağan yağışa baxmayaraq yüzlərlə çin əsgəri öldürülsədə geri çəkilmək məcburiyyətində qalan Gürşad bəy və çəriləri, öz yurdlarına, Ötükənə dönməyə çalışmışlar. Lakin güclü sel Vey çayındakı bütün körpüləri yıxmışdı. Savaşdan başqa çarələrinin qalmadığını görən Gürşad bəy və çeriləri “göy girsin qızıl çıxsın, Göy Tanrı sən şahidsən” şüarları altında son nəfəslərinə kimi döyüşmüşdürlər. Ölənəcən qəhrəmanca döyüşən bu igidlər, Çin ordusunu və sarayı dəhşətə gətirmişdir. Bu ölüm yenilgi deyil əksinə bir millətin yenidən ruhlanmasına vəsilə olmuşdur. Bu basqından ehtiyat edən Çin hökümdarı, yüz minə yaxın türkü azadlığa buraxmışdır. Lakin bu addım türkləri qani etməmiş qırx üç il aparılmış mübarizədən sonra, 682-ci ildə Qutluq Şad (İltəriş Kağan) və Bilqə Tonyukuk tərəfində ikinci Göytürk dövləti qurulmuşdur.
Gürşad bəy türklərin yetişdirdiyi birinci və sonuncu qəhraman olmamışdır. Tarixin hansı dövrün varaqlasaq, orda biz onlarla bu cür qəhrəmanlara rast gələrik. Atilla, Çingiz xan, Əmir Teymur, Alp Arslan, Osmanlının qurucusu Osman bəy, Ş.İ.Xətai, Nadir şah Əfşar hər biri çox az adamla imparatorluqlar qurmuş türk igidləridir. Və müasir dövürümüzdə hamımızın şahidi olduğumuz, vətəninin işğalına dözə bilməyəm, millətinin qisasını almaq niyəti ilə tək başına düşmən üzərinə yeriyən, düşmənin yüzlərlə itgi verməsinə səbəb olan və qəhrəmanca şəhid olan igid türk balası Mübariz İbrahimov. Əminəm ki, bu cür igidlər yetişməkdə davam edəcəkdir. Boşuna deyilməmişdir: “Hər Türk qəhrəman doğular”.

Rəhim VAHİD

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30