SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gömrük xidmətinin bir neçə əməkdaşı vəzifəsindən azad edilib - RƏSMİ

Gömrük xidmətinin bir neçə əməkdaşı vəzifəsindən azad edilib - RƏSMİ
8-01-2019, 20:41

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 2018-ci il 6 dekabr tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031