SON DƏQİQƏ

naxcivanxeberleri.com

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları davam etdirilir

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları davam etdirilir
8-01-2019, 19:41

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin itkin düşən azərbaycanlı kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov deyib.

O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Hadisənin nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin tapılması istiqamətində lazımi qüvvələr səfərbər edilib və axtarışlar davam etdirilir.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.

AZƏRTAC

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031