SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mobil telefonlarlar qadınlar üçün xüsusilə ziyanlıdır

Mobil telefonlarlar qadınlar üçün xüsusilə ziyanlıdır
5-09-2019, 23:51

Rusiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, mobil telefonlar hüceyrələrin quruluşunu dəyişir.

Eksperimentdə 100 insan iştirak edib. Alimlər sübut ediblər ki, elektromaqnit dalğalarının uzun müddət ərzində təsiri yanağın daxili səthində olan hüceyrələrin quruluşunu pozur. Belə ki, hüceyrələrin nüvələri dağılır və hüceyrələrin bölünməsi zamanı xromosom anomaliyaları əmələ gəlir. Bu yalnız telefonla daim təmasda olan yanaqda müşahidə olunub. Digər tərəfdə dəyişikliklər yox idi.

Hüceyrələrin vəziyyəti eksperimentin əvvəlində və 1 ay sonra qiymətləndirilirdi.

Alimlər aşkar edib ki, mobil telefonların mənfi təsiri xüsusilə qadınlarda və monqoloid irqinə aid olan insanlarda daha çox olub.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı da mobil telefonları potensial konserogenlərə (xərçəng xəstəliyinin inkişafının riskini artıran amillər) aid edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30