SON DƏQİQƏ

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

19:30 - İstirahət günlərində gözlənilən hava proqnozu

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı Katherine Marroya təqdim olunub-FOTO

“Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı Katherine Marroya təqdim olunub-FOTO
5-09-2019, 16:10

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 24 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunan Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marronun nişanın təqdimetmə mərasimi keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkəmizdə tarixi abidələrimizin, maddi-mədəniyyət irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran alim müvafiq sərəncamlara əsasən yaradılan tarixi qoruqlardan, maddi-mədəniyyət irsimizin tədqiqi üçün ayrılan maliyə vəsaitindən, abidələrin mühafizəsi və elmi araşdırmalar üçün yaradılan böyük imkanlardan danışıb. Vurğulayıb ki, tarixi abidələrimizin mühafizəsi və onların elmi araşdırmalara cəlb edilməsi dövlətimizin bu gün diqqət mərkəzində saxladığı məsələlərdəndir.

“Xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisi olan maddi-mədəniyyət abidələrimizə qayğı Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birbaşa nəzarəti altındadır”- deyə bildirən İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb.
Bildirib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları 2006-cı ildən xarici həmkarları ilə birgə Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair tədqiqatlar aparırlar. Arxeoloq alimlər tarixi dəlillərə söykənərək yekdilliklə Naxçıvan ərazisinin bəşər sivilizаsiyаsının ən qədim mərkəzlərindən və ilkin şəhər mədəniyyətinin təşəkkül tapdığı yerlərdən biri olduğunu bildirirlər. Onların fikirlərincə, tarixi yaşayış məskəni kimi daha qədim olan Naxçıvan şəhər kimi 5 min il bundan əvvəl formalaşıb.
İsmayıl Hacıyev Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən də bəhs edərək bildirib ki, ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrünə aid I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, Uçan ağıl, Şorsu və digər abidələrdə qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda kitablar, monoqrafiyalar, albom-kitablar, jurnallar, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Sonra bölmə sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanını Katherine Marroya təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Katherine Marro Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova əməyinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda AMEA-nın müxbir üzvüləri Vəli Baxşəliyev və Fəxrəddin Səfərli çıxış edərək bildiriblər ki, bölmə əməkdaşları və arxeoloqlar daim öz üzərlərində dövlətin qayğısını hiss edirlər. Katherine Marronun “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilməsi bu qayğının nöbəti təzahürüdür.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı Katherine Marroya təqdim olunub-FOTO
“Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı Katherine Marroya təqdim olunub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30