SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan son 5 ildə Gürcüstanın Azərbaycandilli məktəblərinə 81 427 ədəd dərslik göndərib

Azərbaycan son 5 ildə Gürcüstanın Azərbaycandilli məktəblərinə 81 427 ədəd dərslik göndərib
5-09-2019, 15:40

Son 5 ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycandilli məktəblərinə göndərilən dərslik və metodik vəsaitlərin sayı açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən bildirilib ki, bu müddət ərzində Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.

Sentyabrın 5-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib. Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Xatırladaq ki, "Ana dili" və "Ədəbiyyat" dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031