SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb
5-09-2019, 00:00

2019/2020-ci tədris ili üçün 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılıblar.

Tam orta təhsil səviyyəsini Azər­baycanın ümumi təhsil müəs­­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci sinif üzrə) əldə etdikləri nəticələr əsasında iştirak ediblər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəyyənləşdirib.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031