SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda ümumtəhsil məktəblərinin sinif rəhbərləri ilə tədris metodiki toplantı keçirilib

Şahbuz rayonunda ümumtəhsil məktəblərinin sinif rəhbərləri ilə tədris metodiki toplantı keçirilib
4-09-2019, 19:17

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə tədris-metodiki toplantı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Araz” kinoteatrında keçirilən tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərində keçirilən mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərə əməli köməklik göstərmək və onların bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə açan Şahbuz rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən belə tədbirləri müsbət qiymətləndirib, tədbirin əhəmiyyətindən və mülki müdafiə sahəsində müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Fövəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov çıxışında vurğulayıb ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat həcmində, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçirilir. Qeyd olunub ki, mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci yarımilində, 6-cı siniflərdə isə birinci yarımildə tədris olununr. Bu dərslərin keçirilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Qeyd olunan siniflərdə şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla uşaqlarda mülki müdafiə fənninə maraq və müsbət əhval-ruhiyyə yaratmaq mümkündür. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, slaydlar və videomateriallar məktəblərə təqdim olunub. Məruzəçi daha sonra “Ümumtəhsli məktəblərinin 2, 5 və 6-cı siniflərində mülki müdafiə dərslərinin keçirilməsi metodikası və qaydası”, “Sülh və müharibə dövrlərində mülki müdafiənin təşkili və vəzifələri”, “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələrin nəticələrindən mühafizənin üsulları”, “Fərdi və kollektiv mühafizə vasitələri”, “Xəbərdaredici “Hamının diqqətinə” siqnalı və ondan sonra mülki müdafiə orqanlarının şifahi xəbərləri verilərkən müəllim heyətinin və şagirdlərin fəaliyyəti” mövzularında mühazirələr oxuyub. Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov “Radioaktiv, kimyəvi, güclü təsirli zəhərli maddələrlə və bakterioloji vasitələrlə zəhərlənmələr, habelə sınıq, çıxıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi qaydaları” və “Ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydaları” mövzularında çıxış edib. Tədbirə Şahbuz rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov yekun vurub. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.


Şahbuz rayonunda ümumtəhsil məktəblərinin sinif rəhbərləri ilə tədris metodiki toplantı keçirilib
Şahbuz rayonunda ümumtəhsil məktəblərinin sinif rəhbərləri ilə tədris metodiki toplantı keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031