SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Aztəminatlı ailələrin birinci sinif şagirdləri Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq
4-09-2019, 15:10

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, fonddan verilən məlumata görə, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirlərinə çatdırılacaq.

Qeyd edək ki, Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031