SON DƏQİQƏ

naxcivanxeberleri.com

27 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

27 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı
2-09-2019, 22:30

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 1-də hərrac keçiriləcək.

Komitədən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərraca ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30