SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əkin sahələrində yay şumu başa çatmaq üzrədir

Əkin sahələrində yay şumu başa çatmaq üzrədir
31-08-2019, 17:16

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin bütün regional təsərrüfatlarında 4000 hektara yaxın əkin sahəsində yay şumu artıq başa çatmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yay şumunun aparılması payız əkinində məhsuldarlığın 10-20% artmasına səbəb olur. Eyni zamanda, torpaqdakı nəm və qida maddələrinin bitkilər üçün əlçatan bir formada ən yaxşı şəkildə toplanmasına imkan verir.

Gələcəkdə məhsuldarlığın qənaətbəxş olması üçün aqrotexniki qaydalara uyğun torpağın tərkibinin analizi və analizin nəticələrinə müvafiq gübrələnməsi, disklənməsi, malalanması və növbəli əkin qaydalarına əməl edilməsi nəzərdə tutulur. Bunun üçün şumlanmış ərazilərin bir hissəsi dinc saxlanılacaq, bir hissəsində isə fərqli məhsullar əkiləcək.

Məhsuldarlığın yüksək olması üçün keyfiyyətli toxumları əldə etmək məqsədilə bir sıra tanınmış toxumçuluq təşkilatları ilə danışıqlar aparılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031