SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Daxili İşlər naziri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Daxili İşlər naziri ilə görüşüb
28-08-2019, 17:09

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Daxili İşlər naziri İjaz Əhməd Şah ilə görüşüb.

Səfirlikdən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, hər iki ölkənin daxili işlər nazirlikləri və miqrasiya orqanları arasında mövcud olan əməkdaşlığın qarşılıqlı əlaqələrə öz töhfəsini verdiyi bildirilib.

Nazir İjaz Əhməd Şah Azərbaycanın yaxın dost və qardaş ölkə kimi daim müxtəlif məsələlərdə Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayaraq təşəkkürlərini çatdırıb, Pakistan Daxili İşlər Nazirliyinin Azərbaycanın Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə təhlükəsizlik, insan alverinə qarşı mübarizə, qanunsuz miqrasiya, məhkumların təhvil verilməsi, təcrübə mübadiləsi və digər müvafiq sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsinə və qarşılıqlı səfərlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930