SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır
26-08-2019, 12:09

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometerologiya xidməti üçün rahatlıq yaradacaq:

"Dopler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə əvvəlcədən hazır olmaq imkanı yaradır. Belə bir sistemin alternativi yoxdur. Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək və 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini təmin edəcək. Buna qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi bütün regionlar üzrə hansı proseslərin qeydə alındığını dəqiq deyə biləcəyik".

U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın 5 regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".

“Baron” şirkətinin nümayəndəsi Brian Bellev bildirib ki, bu sistem meteroloji prosesləri 3D formatında vizullaşdırmağa imkan verəcək: "Dopler radar sistemləri ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır. Sistem vasitəsilə iki saat qabaqcadan yağıntı və dolunun neçə millimetr düşməsi ehtimalını təxmin etmək mümkün olacaq".

Qeyd edək ki, “Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031