SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadda payızlıq taxıl əkinlərinə hazılıq işləri görülür

Ordubadda payızlıq taxıl əkinlərinə  hazılıq işləri görülür
25-08-2019, 14:30

Ordubad rayonunun Dəstə kəndində “Payızlıq taxıl əkinləri üçün sahənin seçilməsi, növbəli əkin sisteminin tətbiqi, şum altına mineral və üzvü gübrələrin verilməsinin əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi keçirilib. Tədbirdə yay şumunun aqrotexniki qaydalar əsasında qaldırılması, toxumluq materialın tədarük olunması və lizinq xətti ilə gətirilən müasir texnikalardan səmərəli istifadənin əhəmiyyətindən söhbət açılıb.
Ordubad Rayon İcra Hakimiyyəti Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev bildirib ki, taxıl biçini kampaniyası başa çatdırıldıqdan sonra əsas diqqət keyfiyyətli yay şumunun qaldırılmasına yönəldilib. Sahələrin şumlanılmasında Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni texnikalardan səmərəli istifadə olunur. Bu texnikaların qüvvəsi ilə dərin şum qaldırılır, əkinlər optimal müddətdə başa çatdırılır. Zamiq Babayev deyib ki, builki mövsümdə Ordubad rayonunda 1685 hektar sahədən 4785 ton taxıl yığılıb. Artıq sahələrdə payızlıq taxıl əkini üçün yay şumu qaldırılır. Qısa müddətdə 107 hektarda keyfiyyətli şum aparılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov taxıl əkib-becərən sahibkarlara, eləcə də torpaq mülkiyyətçilərinə və ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən danışıb, onların istehsal etdikləri məhsulların bazar və yarmarkalarda satışının təşkil olunduğunu bildirib. Qeyd olunub ki, iqtisadiyyatımızda mühüm yeri olan aqrar sahə davamlı olaraq inkişaf etdirilir. Göstərilən qayğının nəticəsidir ki, əkin sahələri ilbəil genişləndirilir, daha yüksək məhsuldarlıq əldə olunur. Aqrar sahədə bol məhsul əldə edilməsinin nəticəsidir ki, bir çox kənd təsərrüfatı məhsulları qonşu dövlətlərə ixrac olunur. Bu da əhalinin maddi-rifah halını yaxşılaşdırmaqla bərabər həm də onların məşğulluq səviyyəsini artırır, ailə büdcələrini zənginləşdirir.
Xaliq Abbasov daha sonra deyib ki, payızlıq taxıl əkinləri üçün şumun qaldırılmasına başlanılıb. Optimal müddətlərdə şumun qaldırılması, şumdan əvvəl mineral və üzvü gübrələrin verilməsi, növbəli əkin sisteminin tətbiq olunması, keyfiyyətli və rayonlaşdırılmış toxum sortlarından istifadə məhsuldarlığın artırılmasına müsbət təsir edir. Müasir texnologiyalara cavab verəcək kompleks aqrotexniki tədbirlərin tətbiq olunması, suvarma zamanı şırım üsuluna üstünlük verilməsi mühüm əhəmiyyət kəsb edir.
Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Valeh Mehdiyev yay şumunun qaldırılmasında və payızlıq taxıl əkinlərinin keçirilməsində lizinq xətti ilə gətirilən yeni, müasir texnikaların rolundan danışıb.
Tarla-seminar müşavirəsində ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Dəstə kənd sakini, uzun illər torpaqla ünsiyyətdə olan təcrübəli əkinçi Mehdi Quliyev deyib ki, biz əsas diqqəti taxıl əkinlərinə yönləndiririk. İntensiv becərmələrə, mütərəqqi metodlara üstünlük verməklə həm əkin sahələrini genişləndirir, həm də məhsuldarlığı ilbəil artırırıq. Artıq payızlıq taxıl əkinlərinə hazırlıq işlərinə başlamışıq. Bir çox yerlərdə sahələrə üzvü gübrə daşınır, keyfiyyətli şum qaldırılır. Mütəxəssislərin iştirakı ilə keçirilən tarla-seminar maşavirəsi biz torpaq mülkiyyətçiləri üçün mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı nazirliyinin əməkdaşları bizi maraqlandıran sualları ətraflı cavablandırıb, aqrotexniki tədbirlər barədə məlumatlandırıblar.


Məhəmməd FƏRƏCOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30