SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meşələrimizi yanğından qoruyaq

Meşələrimizi yanğından qoruyaq
25-08-2019, 11:00

Dünyanın bir çox ölkələrində meşə yanğınları tüğyan edir. Planetin 20 faizini oksigenlə təmin edən Amazon meşələri yanır. Qonşu Rusiyada, Gürcüstanda, Türkiyədə də meşə sahələrində yanğınlar baş verir. Bəzi ölkələrdə yanğınlara görə fövqəladə vəziyyət elan edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, şükürlər olsun ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə geniş miqyaslı yanğınlar baş verməyib. Meşə yanğınlarının böyük əksəriyyəti insanların səhlənkarlığı, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bununla da dövlətimizin büdcəsinə milyonlarla ziyan dəyir. Ötən günlərdə Hirkan Milli Parkında və Yardımlı meşələrində baş verən yanğınlar meşələrin qorunmasının aktuallığını bir daha ortaya qoyur.

Qeyd edək ki, meşələr nəfəs aldığımız havanı tozdan, zəhərli qazlardan təmizləyir, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Həmçinin torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyini, meşə-bərpa işlərinin taleyüklü bir məsələ olduğunu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyini əhalinin diqqətinə çatdırmaqdır.
Azərbaycanın digər bölgələri kimi muxtar respublikamız da meşə yanğınlarından sığortalanmayıb. Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Məlum olduğu kimi, muxtar respublikamıza turist axını ildən-ilə güclənir. İsti yay günlərində insanların asudə vaxtının keçirdiyi məkanlardan biri olan meşələrdə insanlar isirahət edərkən bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarına riayət etmirlər. İstirahət zonalarında ocağı yana-yana qoyub getmək, söndürülməmiş siqaret kötüyünü atmaq yanğına səbəb olur. Meşəyə həmçinin sürtkü yağı, benzin, dizel yanacağı və s. kimi tez alışan mayelərə bulaşmış əsgi və digər materiallarının atılması, müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal qalanması yanğın təhlükəsini xeyli artırır. Meşə yanğınları bəzən də ildırımla törəyə bilir. Çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Bilməliyik ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir.
Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırır. Meşələrimizi yanğından qoru¬maq hər birimizin vətəndaşlıq borcudur. Bu işdə hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Hər hansı bir təhlükə yarandıqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin
“101” xidmətinə zəng edin.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30