SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaycıda soğan yığımına başlanılıb

Yaycıda soğan yığımına başlanılıb
24-08-2019, 11:07

Son illər muxtar respublikamızda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da uğurlar əldə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatı dinamik inkişaf etdirilir, bazarlarımızın yerli məhsullarla təminatında irəliləyiş nəzərəçarpan dərəcədə yaxşılaşır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul etdiyi Sərəncamla təsdiq olunan "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" muxtar dövlətimizdə kənd təsərrüfatının inkişafının davamlılığını təmin edir.
Muxtar dövlətimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı bu cür Dövlət Proqramının qəbulu həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasına xidmət edir.
Rayonumuzun digər kəndlərində olduğu kimi, Yaycıda da cari ildə tərəvəzçiliyə diqqət artıb. Kəndin təsərrüfat adamları 681 hektar sahədə dənli-paxlalı, 26 hektar sahədə kartof, 18 hektar sahədə soğan, 11 hektar sahədə sarımsaq, 48 hektar sahədə tərəvəz əkini aparmışlar. Hazırda Yaycıda soğan yığımına başlanmışdır.
Cari ildə kənd sakinlərindən İlham Süleymanov, Məhəmmədhəsən Allahverdiyev, Mübariz Məmmədyarov, Nərgiz İmanova daha çox soğan əkininə üstünlük vermişlər.
Təsərrüfat adamı Salman Abbasov söhbət zamanı qeyd etdi ki, bir neçə gündür soğan yığımına başlamışlar. Sahələrə düzgün aqro­texniki qaydada qulluq göstərdiyimdən bol məhsul yetişib. Əvvəllər kənardan gətirilən soğan toxumları məhsuldarlığı aşağı salırdı. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edirik, eyni zamanda növbəli əkinə üstünlük veririk. Növbəli əkin məhsuldarlığın artırılmasında mühüm şərtlərdən biridir.
Bu il soğan əkilmiş sahələrin suvarılmasında heç bir çətinliyimiz olmayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini rahat suvarmaq üçün su kanalları lildən təmizlənmiş, su arxları yenilənmişdir. O cümlədən, əkin sahələrini vaxtında su ilə təmin etmək məqsədi ilə Yaycı gölü su ilə doldurulmuş, "Yaycı-1", "Yaycı-2" nasos stansiyaları saz vəziyyətə gətirilmişdir.
Bazarda Yaycı soğanına tələbat həmişə yüksək olmuşdur. Bu il soğanın 1 kiloqramının qiyməti 60 qəpikdən 1 manata qədər dəyişir. Bazarda soğan bollaşdıqca qiyməti də aşağı düşəcəkdir.
Təsərrüfatlarda bol soğan becərilib. Ümidvarıq ki, daxili bazarda Yaycı soğanı bolluq yaradacaq, muxtar respublika əhalisinin soğana olan tələbatını ödəyəcək.


Arazın səsi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30