SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23-08-2019, 11:50

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İdarədən bildirilib ki, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu Azərbaycandan Qroznıya səfər edən nümayəndə heyətimiz burada Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaqdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə 22 avqustda Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı Konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930