SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayon Mədəniyyət Evində maarifləndirici tədbir keçirilib

Culfa rayon Mədəniyyət Evində  maarifləndirici tədbir keçirilib
20-08-2019, 12:09

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Culfa rayon Mədəniyyət Evində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin edilməsi günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi mədəniyyət müəssisələrində mülki müdafiə işinin aparılmasına və işçilərin hazırlığının təmin olunmasına qoyulan əsas tələblər, fövqəladə halar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olub.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova “İstivurma və günvurma zamanı davranış qaydaları” haqqında dinləyicilərə məlumat verərək qeyd etmişdir ki, bol su içməklə və günün isti vaxtlarında (11:00-17:00) çölə çıxmamaqla günvurmadan, havalanması yaxşı olmayan yerlərdən kənarda olmaqla isə istivurmadan mühafizə olunmaq olar. Həmçinin məruzəçi mövsümün təhlükəli məqamlarından olan, çimmək qadağan olunan yerlərdə və çimərlik üçün nəzərdə tutulmayan yerlərdə istirahətin yaratdığı təhlükələrdən danışaraq dinləyiciləri bu barədə məlumatlandırılıb.
Culfa rаyоn Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yаnğın Nəzаrəti Bölməsinin rəisi dахili хidmət kаpitаnı Muradlı Mətin mədəniyyət müəssisələrində yаnğın təhlükəsizliyi qаydаlаrı, yаnğınlаrın bаş vеrmə səbəbləri, rаyоn ərаzisində bаş vеrə biləcək yаnğınlаrın qаrşısının аlınmаsı üzrə görülən qаbаqlаyıcı tədbirlərin əhəmiyyətindən bəhs еdib.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30