SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir

Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir
20-08-2019, 10:50

Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyası tərəfindən Gəmiqaya Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan şəhər Abadlıq Təmir və Tikinti İdarəsinin qum-çınqıl karxanası, Dizayn Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qum-çınqıl karxanası və Cahan Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində dövlət nəzarəti həyata keçirilmiş, maarifləndirici söhbətlər aparılmış və istehsal olunan tikinti materiallarından nümunələr seçilərək yoxlanılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, maarifləndirmə tədbirinin məqsədi beton zavodlarda və qum-daş karxanalarda operatorlar, laborantlar və bu sahə üzrə məsul cavabdeh icraçılar tərəfindən beton istehsalı zamanı betonun tərkibindəki doldurucuların miqdarına, keyfiyyətinə və mütəmadi sınaqlarının aparılmasına nəzarətin gücləndirilməsindən ibarət olmuşdur. Qeyd olunmuşdur ki, beton tərkibindəki doldurucuların gil və toz hissəciklərinin miqdarı normadan çox olarsa betonun möhkəmliyi və şaxtaya davamlılığı az olar. Bunun üçün betonun hazırlanması zamanı onun tərkibindəki doldurucuların normalara uyğun qatılmasına diqqət yetirilməli, betonun nəql olunması zamanı havanın tempraturu, daşınma məsafəsi və müddəti nəzərə alınmalıdır. Bildirilmişdir ki, beton tikinti obyektlərində qəliblərə töküldükdən sonra onun vibratorlarla sıxlaşdırılmasına nəzarət artırılmalıdır ki, betonun səthi daha hamar, möhkəm və uzunömürlü olsun. Qeyd olunmuşdur ki, keyfiyyətli beton almaqdan ötrü betona müəyyən müddət ərzində qulluq göstərilməlidir. Bu məqsədlə yay aylarında beton qarışığı qəliblərə töküldükdən sonra səthinin tez qurumaması və çatların əmələ gəlməməsi üçün təbii amillərdən mühafizə etmək lazımdır. Havanın tempraturu yüksək olduqda betonun üzərini həsirlə örtmək və ya mütəmadi olaraq sulamaq lazımdır. Bildirilmişdir ki, bu qeyd olunanlara vaxtında əməl olunarsa istehsal olunan beton daha kefiyyətli, tikintilər isə dayanıqlı və uzunömürlü olar. Sonda verilən suallar cavablandırılıb.

Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir
Naxçıvanda Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30